manera.az
manera.az

“Müfəttiş” tamaşası nümayiş ediləcək

📅 09.10.2019 16:54

“Müfəttiş” tamaşası nümayiş ediləcək
Oktyabrın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan ikihissəli “Müfəttiş” tamaşası nümayiş ediləcək.

Manera.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşa Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Səhnə əsərində Xalq artistləri Rafael Dadaşov, Ramiz Novruz, Rafiq Əzimov, Əməkdar artistlər Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Nigar Güləhmədova, Kazım Həsənquliyev, Məzahir Cəlilov, Elxan Quliyev və digərləri çıxış edəcək.


Baxış sayı - 934 | Yüklənmə tarixi: 09.10.2019 16:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930