manera.az
manera.az

Şəki Dövlət Dram Teatrı Bakıda çıxış edəcək

Şəki Dövlət Dram Teatrı Bakıda çıxış edəcək
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən "Qonaq teatr" layihəsi davam edir.

Layihə çərçivəsində yaxın günlərdə digər bölgə teatrlarının paytaxtımıza gələrək maraqlı tamaşalar nümayiş etdirməsi gözlənilir.

Bu sözləri MANERA.AZ-a açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova deyib.

“Qonaq teatr" layihəsi çərçivəsində iyunun 5-də Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi Toyğun Orbayın “21:15 qatarı” adlı bir hissəli səhnə əsəri ilə Bakıya səfər edəcək.

Tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Surə İslamova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.

Şəki Dövlət Dram Teatrının Bakıya səfərinin ardınca, iyunun 19-da Mingəçevir Dövlət Dram Teatrı, iyulun 3-də isə Sumqayıt Dövlət Dram Teatrının paytaxtımıza yaradıcı səfərləri təşkil olunacaq”, - deyə A.Qafarova vurğulayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728