manera.az
manera.az

Qasım bəy Zakirin ev muzeyi inşa ediləcək - Ağdamda

📅 14.03.2025 16:29

Qasım bəy Zakirin ev muzeyi inşa ediləcək - Ağdamda
Ağdamda XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Qasım bəy Zakirin ev muzeyi inşa ediləcək.

MANERA.AZ xəbər verir ki, bu barədə “Qasım bəy Zakir və Qarabağ ədəbi - ictimai mühiti” mövzusunda elmi konfransda bildirilib.

Konfransda, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, filologiya elmləri doktoru, professor, Qasım bəy Zakir irsinin tədqiqatçısı Raquf Kərimov, xalq şairi Sabir Rüstəmxanlı iştirak ediblər.

Ağdam Muğam Mərkəzində davam edən konfransda Qasım bəy Zakirin ədəbi irsinin xalqımızın mədəniyyət xəzinəsinə daxil olmasından, onun yaradıcılığında ana dilimizin imkanlarının dolğun əks etdirilməsindən söz açıblar.

Qeyd olunub ki, Xındırıstan kəndində ədibin ev muzeyinin inşa edilməsi nəzərdə tutulub. Yaxın müddətdə muzeyin inşasına başlanılacaq.
/report.az/


Baxış sayı - 271 | Yüklənmə tarixi: 14.03.2025 16:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031