manera.az
manera.az

Sabirabadda Sabirin 160 illik yubileyi qeyd edilib - FOTO

Sabirabadda Sabirin 160 illik yubileyi qeyd edilib - FOTO
Görkəmli Azərbaycan şairi M.Ə.Sabirin 160 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

MANERA.AZ xəbər verir ki, "Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr" adlanan konfrans Sabirabad rayon Heydər Əliyev Mərkəzində təşkil olunub.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin və Mirzə Ələkbər Sabirin Sabirabad şəhərinin mərkəzindəki abidələri ziyarət olunub və önünə gül dəstələri düzülüb.

Konfransda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəsmiləri, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Sabir Fondunun təsisçisi və prezidenti Sevda Tahirli (M.Ə.Sabirin nəvəsi-Red), digər elm xadimləri, yazıçı, şair və publisistlər, həmçinin rayon ziyalıları, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak edib.
Sabirabadda Sabirin 160 illik yubileyi qeyd edilib - FOTO
Konfransda M.Ə.Sabirin həyatı və yaradıcılığına dair müxtəlif mövzuda məruzələr oxunmuş, şairin zəngin yaradıcılığı fərqli aspektlərdən təhlil olunmuş, onunla bağlı xatirələrdən söhbət açılıb.

Konfrans bitdikdən sonra görkəmli şairin Sabirabad rayonunda yaşayan qohumu Afət Tahirzadənin (M.Ə.Sabirin nəvəsi-Red.) ailəsi ziyarət olunub, şairin bir zamanlar sabun bişirdiyi tiyan (dəmir və ya metaldan hazırlanan dərin qazan-Red.) ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031