manera.az
manera.az

Sevdiklərimiz öldürür bizi - Yeni şeirlər

Sevdiklərimiz öldürür bizi - Yeni şeirlər
Samir Kərimoğlunun yeni şeirləri..


***
Özüm yıxıldım,
acısı
tək qoymadı məni...


***
hər gecə
bir yuxuya
köçür insan...


***
mən səni çox axtardım,
hər mahnı səsində,
şəhər ortasında...
elə çox axtardım ki,
tapmayacağımı
bilə-bilə...
mən səni çox axtardım,
gülə-gülə getdim,
ölə-ölə qayıtdım...
mən səni çox axtardım,
dedilər hardasan?!
susdum,
susdum...
mən səni çox axtardım,
təngiyən nəfəsimdə,
titrəyən səsimdə...
mən səni çox axtardım,
bilirəm gələcəksən,
son nəfəsimdə...
nə qalıb ki,
son sözümə...


***
ağ qədəh,
yarımçıq siqaret
susmağa
bu da bəs edər...


***
bu küçədə
paslı qapıdan,
bəyaz əllərinədək
uzun bir yol var...
hər dəfə
duruxub qalıram mən...


***
bu qədər
təhnalığın içində
elə xoşbəxtəm...


***
yağış
gecənin
yuxulu gözlərində
çırpınırdı,
əyri divardan
qarışqalar enirdi,
ağır-ağır
masaya damcılanır,
hüznün melodiyası...


***
o gündən .
bəri
gözlərimi axtarıram...


***
səndən
yadigardı,
bu sarı alışqan...
yoxluğuna alışmaq üçün...
hərdən
darıxmaq üçün
tətiyi çəkilir xatirələrin...


***
bir
sevincdən ötəri
ölümə
belə gedərəm...


***
bu
qoca şəhərdə
boğdum,
bütün xatirələri...
ölümü
aldatmaq üçün
bağladım pəncərələri...
bilirəm,
sevdiklərimiz
öldürür bizi...


***
görəsən,
darıxan varmı,
mənim üçün...
boş
bir əldə
şəhərin ğözü qalıb...
ruhumu soyundum,
onsuzda
çıxıb gedəcəyəm...

MANERA.AZ


Baxış sayı - 516 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031