Təhna masada bir təbəssümlük ölüm.. - Minimalist şeirlər

MANERA.AZ Samir Kərimoğlunun minimalist sürreal şeirlərini təqdim edir.
***
Bu gün
səni
ölən gözlərimdə gördüm...
heç
dəyişilməmisən...
***
Hər şey
yağışla başladı.
tələsən addımlar,
yerə düşən damçılar.
nəfəsinə
toxunan an,
qeyb oldu ruhum...
indi
hər dəfə
yagış yağanda
ölürəm mən...
****
Susaraq,
ölümə gedənlərin
son duasını
əlindən alır
qəfil zəng...
***
Gözlərimi aldılar,
əllərimi aldilar.
Məni
ürəksiz
yola saldılar...
***
Rəsmini
tamamlaya bilmədim yenə.
gözlərin dalğın,
əllərin soyuq...
***
Dedim,
unudaram səni.
Səni
Unuda-unuda,
Özümü unuduram...
***
Şərab
qoxulu gecədə,
yağışın
qonaq gəldiyi gün,,,
gözləri
bərəli qapı
deyinirdi özü üçün:
haçan gedəcəksən...
***
Gecənin
bətnindən
sökülür dan...
qaranlığın
rəsmini çəkir,
çiliklənən qədəh...
bir cüt
bəyaz əl
tələsik
yola salır səni,
artıq gecdir,,,
***
Təhna masada
bir təbəssümlük ölüm...
baxışlarını
həbs edir,
pəncərə şüşəsində...
parlaq işıqların
qəhqəhəsindən
yoxa çıxır şəhər...
yenə
özünü unudarsan,
bu
lənətə gəlmiş,
uçurumun üstündə,,,
***
Səni
soyuq gizilti tək,
gicgahıma sıxmışdım...
bu dəfə də
açılmadı...
***
Şəhəri
qucağında
gəzdirən dəniz,
bu gün
saçlarını daramamışdı...
MANERA.AZ