Qocanın saçlarında ağarır zamanın dişi - Yeni şeirlər
MANERA.AZ Samir Kərimoğlunun yeni minimalist sürreal şeirlərini təqdim edir.
***
yağış susur,
bulud küsür...
bir quş
üşüyür
təhna çəpərdə...
***
ağacın
kölgəsini dərdim,
bütün
talesizləri çağırdım,
bir az gecikdim...
***
külək
oxuyur
payızın gözlərini...
***
qocanın
saçlarında
zamanın
dişləri ağarır...
***
gecə
ürəyimdə gəzirdim,
çox çağırdım,
sən
yox idin evdə...
***
bütün
xatirələr
başdaşıdır...
***
üzümə baxma,
tanımazsan məni...
bu dəfə
gözlərimi unudub gəlmişəm
***
yağış yağır,
küçə
boğur addımlarımı...
***
Tanrı,
səni gözləyirəm...
***
balıq yuxusu
istəyirəm,
daxmama
heç kim gəlməsin...
***
küçənin
yaxasından yapışıb,
ay...
harda qalmısan,
tez gəl...
***
bir gün qalib,
bir gün məğlub...
bax,
budur həyat...
***
pişiklə
oynayan uşaq
öyrənmək istəyirdi,
sevgini...
***
gecə
yenə
yuxuya getdim,
uçurumun üstündə...
***
qapını ört,
səsini
ovcuma yığıram,
görən olar...
***
hər dəfə
qayıdıram,
aldandığım yerə...
***
səndən
sonra
bütün ölümləri sildim...
***
dənizin
ölən gözünə
sığal çəkir,
balıqlar...
***
hər dəfə
keçəndə
bu dəmir körpüdən,
düşünrsən ki,
bir daha qayıtmazsan,
amma çay
gülümsəyir üzünə...
***
səni sevəndə
yox idi ölüm,
unudanda,
gəldi ölüm...
***
unutsunlar məni,
yoxluğumu
aparsın bu gəmi...
hər limanda
bir az dayansın,
***
qoy əynini
dəyişsin buludlar...
***
dağ
duruxub yerində...
əlindəki
daşa
gör kim tuş gəlib?...
***
gedəsən,
ölümdən o yana...
qayıtmağa,
bir yolun ola...
***
gecə
gözlərimizi oğurlayır,
peşiman olub qaytarır səhər…
MANERA.AZ