manera.az
manera.az

I Ümumrespublika Musiqi Festivalı keçiriləcək - İLK DƏFƏ

📅 01.03.2025 16:48

I Ümumrespublika Musiqi Festivalı keçiriləcək - İLK DƏFƏ
Azərbaycanda ilk dəfə 04-09 mart 2025-ci il tarixində görkəmli Azərbaycan bəstəkarı, əbədiyaşar Fikrət Əmirovun adını daşıyan Gəncə Dövlət Filarmoniyasının təqdimatında Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı baş tutacaq.

MANERA.AZ xəbər verir ki, festival çərçivəsində Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş elmi seminar, bəstəkarın əsərlərindən ibarət konsert proqramları, “Gəncənin döyünən ürəyi” adlı film və kitabın təqdimatı, “Sevil” operası, “Min bir gecə” baleti nümayiş etdiriləcək.

9 mart tarixində baş tutacaq festivalın təntənəli bağlanış mərasimi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yaradılmasının 90 illik yubileyinə həsr olunacaq.

I Ümumrespublika Musiqi Festivalı keçiriləcək - İLK DƏFƏ


Baxış sayı - 203 | Yüklənmə tarixi: 01.03.2025 16:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031