manera.az
manera.az

Gəncə Filarmoniyası yeni layihəsini təqdim edəcək

📅 15.08.2024 06:55

Gəncə Filarmoniyası yeni layihəsini təqdim edəcək
18-20 sentyabr tarixlərində saat 18:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olunacaq.

Bu barədə MANERA.AZ-a Filarmoniyadan bildirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək layihə çərçivəsində Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri, Xalq Çalğı Alətləri Ansamblı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən musiqi məktəblərinin konsert proqramları baş tutacaq.

"Musiqi gücü" layihəsinin əsas məqsədi klassik musiqini, milli dəyərlərimizi təbliğ və insanların asudə vaxtının səmərəli keçməsinə xidmət etməkdir.

Qeyd edək ki, konsertlərə giriş sərbəstdir.

Gəncə Filarmoniyası yeni layihəsini təqdim edəcək


Baxış sayı - 446 | Yüklənmə tarixi: 15.08.2024 06:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930