manera.az
manera.az

“Min bir gecə” Vyanada nümayiş olunub

📅 06.08.2020 18:38

“Min bir gecə” Vyanada nümayiş olunub
Fikrət Əmirovun “Min bir gecə” baleti Vyanada nümayiş olunub.

Manera.az xəbər verir ki, Vyana Film Festivalında bu il ilk dəfə olaraq təşkilatçılar Azərbaycan klassik musiqisinə müraciət ediblər.

Festival çərçivəsində avqustun 5-də görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə“ baleti nümayiş olunub.

Tamaşa həm melodiya rəngarəngliyi, həm də səhnə tərtibatına görə tamaşaçılarda böyük maraq oyadıb.

Qeyd edək ki, festivalda təqdim olunan “Min bir gecə” baleti ötən il Bakıda Heydər Əliyev Sarayında Rusiyanın məşhur “Kreml baleti” teatrının quruluşunda təqdim olunub.


Baxış sayı - 702 | Yüklənmə tarixi: 06.08.2020 18:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930