manera.az
manera.az

Başdaşı - Ələsgər Əlioğlunun şeiri

📅 19.12.2024 14:49

Başdaşı - Ələsgər Əlioğlunun şeiri
Ələsgər ƏLİOĞLU

"Qibləyə tutdum üzümü" (2015) kitabından

B A Ş D A Ş I

Ahıllar evində yaşayan bir qarı sağlığında özünə başdaşı düzəltdirmişdi...

Tənhalığın cəngində
Dərd çəkə-çəkə,
Axır baş əyibsən
Taleyin sözünə.
Boğazından kəsə-kəsə,
Bir başdaşı
Yondurmusan özünə...
Çırpına-çırpına qalmısan.
Kimsəsizliyin torunda.
Elə buna görə də,
Özün diriykən
Hazırdı,
Kəfənin də , gorun da...
Sən ey tənhalığına
Sığınan qarı,
Yaddaşı buz bağlamış
Qışa dönmüsən...
Sən ey tənhalığına
Sığınan qarı,
Yuvası soyumuş quşa dönmüsən...
Səni səndən sonra
Kim ağlayacaq...
Yenə də əlac qalıb özünə,
Özünə bel bağla.
Ələ göz yaşını
Başdaşının üstə,
Dirıykən ağla özünü,
Doyunca ağla!..

2006


Baxış sayı - 247 | Yüklənmə tarixi: 19.12.2024 14:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031