manera.az
manera.az

Bəs deyilmi?- Vahid Əlioğlu

📅 02.05.2018 11:31

Bəs deyilmi?- Vahid Əlioğlu


Dar günümdə çoxu qaçıb,
Özgə yerdə işıq saçıb.
Hər bir kəsə ürək açıb,
İnanmışam, bəs deyilmi?

Hər gün haqdan söz salmışam,
Çox ocağa köz salmışam.
Öz içimdən od almışam,
Çox yanmışam, bəs deyilmi?

Bal da bəzən zəhər dadıb,
"Dostlar" məni çox aldadıb.
Hər adama əl uzadıb,
Dost sanmışam, bəs deyilmi?

Vahid, ürək dostun hanı?
İnsanları yaxşı tanı.
Neylim, məni anmayanı,
Hey anmışam, bəs deyilmi?

Vahid Əlioğlu
Manera.az


Baxış sayı - 2 313 | Yüklənmə tarixi: 02.05.2018 11:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930