manera.az
manera.az

Lənkəran teatrında mövsümün ilk premyerası keçirilib

📅 09.10.2024 08:41

Lənkəran teatrında mövsümün ilk premyerası keçirilib
Lənkəran Dövlət Dram Teatrında 134-cü mövsümün ilk premyerası keçirilib.

MANERA.AZ xəbər verir ki, oktyabrın 7-si Cənubi Afrika yazıçısı Atol Fuqardın "Dimetos"adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşa təqdim edilib.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Mirzə Nicat, quruluşçu rəssamı Nərgiz Baxışzadə, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistenti Nuranə Nəcəfovadır.

Rolları Əbülfəz Axundov, Məleykə Cəfərova, Təranə Fərəcova və Emil Rzayev canlandırıblar.

Nekro dram janrında hazırlanan tamaşada hadisələr insan mənəviyyatı və onun ekzistensional konfilikti ətrafında baș verir. Sevgi, ehtiras, xəyanət burulğanına baş vuran qəhramanların başına gələn həyat hadisələrini mövzu alan tamaşada, qəhrəmanların daxili dünyası tam şəkildə göz önünə sərilir. Əsərin baş qəhrəmanı Dimetos öz həqiqətini nağıl müstəvisinə daşımış və taleyinin qurbanına çevrilmişdir. Onun həqiqəti qəbulolunmaz dəhşətli yuxu kimidir. Lakin bu yuxudan oyanmaq onun üçün gecdir. Onun üçün hər iki əlin boş olması çox dəhşətlidir. "Onun əlləri iş təşnəsidir". O, həyatın (sənətin) son sirrinə yiyələnmək istəyir. Sofya, Lidiya və Danilo, həmçinin, onların bütün istəkləri, arzuları Dimetos üçün arzuolunmaz yükdür. Özünün at olduğunu uyduran Dimetos insan olmaqdan qaçır...

Lənkəran teatrında mövsümün ilk premyerası keçirilib
Lənkəran teatrında mövsümün ilk premyerası keçirilib
Lənkəran teatrında mövsümün ilk premyerası keçirilib


Baxış sayı - 241 | Yüklənmə tarixi: 09.10.2024 08:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031