manera.az
manera.az

Lənkəran teatrında yeni tamaşa

📅 04.11.2018 14:55

Lənkəran teatrında yeni tamaşa
Lənkəran Dövlət Dram Teatrında başqırd dramaturqları Süleyman və Həmdiyə Lətipovların qələmə aldıqları “Evlən, oğul, evlən!..” komediyası (tərcümə edəni Ağaddin Babayev) əsasında hazırlanmış tamaşanın premyerası olub.

Manera.az-a teatrdan verilən xəbərə görə, kələk üzərində qurulmuş məhəbbət əhvalatının son nəticədə əsl məhəbbətə çevrilməsindən bəhs edən tamaşanın quruluşçu rejissoru respublikanın Əməkdar artisti Adil Zeynalov, rejissoru Əlibala Əskərov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Böyük maraqla qarşılanan tamaşada rolları respublikanın Əməkdar artisti Sucəddin Mirzəyev (İdris), artistlərdən Səyad Əliyev (Marat), Qızılgül Quliyeva (Asiya), Təranə Fərəcova (Zifa), Şəbnəm Hüseynova (Sara) və Məleykə Cəfərova (Dəniz) ifa ediblər.

Qeyd edək ki, bundan əvvəl Süleyman və Həmdiyə Lətipovların Lənkəran teatrının səhnəsində “Şah və əks-səda” əsəri oynanılıb.


Baxış sayı - 1 137 | Yüklənmə tarixi: 04.11.2018 14:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930