manera.az
manera.az

Lənkəran teatrında yeni mövsümün ilk premyerası baş tutacaq

📅 10.09.2023 14:25

Lənkəran teatrında yeni mövsümün ilk premyerası baş tutacaq
Sentyabrın 17-də Lənkəran Dövlət Dram Teatrında yeni mövsümün ilk premyerası baş tutacaq.

MANERA.AZ xəbər verir ki, "The müqəssir" adlanan tamaşanın rejissoru Abdulla Elşadlıdır.

Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?" pyesinin əsasında səhnəyə qoyulacaq tamaşada Mixail Bulqakovla Samir İmanovun mətnlərindən də istifadə edilib.

Mistik komediya janrında olan səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Azər Hacıəsgərlidir.

Qeyd edək ki, kollektiv bu mövsümdə Çingiz Aytmatovun "Cəmilə” (rejissor: İmran Əli Qurbanlı), Piter Turininin "Bu da axırı” (monotamaşa;rejissor: Abdulla Elşadlı) tamaşalarını tamamlamaqla yanaşı, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "İki 23 arasında" (müəllif: Qəşəm Nəcəfzadə, rejissor:Emil Əskərov) səhnə işini də teatrsevərlərin ixtiyarına verəcək.


Baxış sayı - 631 | Yüklənmə tarixi: 10.09.2023 14:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031