manera.az
manera.az

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsinə başlanılıb

📅 24.09.2024 11:50

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsinə başlanılıb
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə start verilib.

Bu barədə MANERA.AZ-a Təhsil İnstitundan məlumat verilib.

Bildirilib ki, prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qarşılıqlı yerdəyişmə üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq və namizədlər bu müddət ərzində sayta daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat və saytın istifadə qaydalarına dair təlimat videosuna aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz: youtu.be/UzutAmMm7T0

Qeyd edilib ki, prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.


Baxış sayı - 317 | Yüklənmə tarixi: 24.09.2024 11:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930