manera.az
manera.az

İş yerinin qarşılıqlı yerdəyişməsi üçün qeydiyyat davam edir

📅 24.11.2022 15:57

İş yerinin qarşılıqlı yerdəyişməsi üçün qeydiyyat davam edir
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi davam edir.

MANERA.AZ xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən şəxslər https://miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qarşılıqlı yerdəyişmə üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq və namizədlər bu müddət ərzində sayta daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat və saytın istifadə qaydalarına dair təlimat videosuna aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz:

https://youtu.be/UzutAmMm7T0

Qeyd edək ki, müsabiqədə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.


Baxış sayı - 660 | Yüklənmə tarixi: 24.11.2022 15:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031