manera.az
manera.az

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişməsinə başlanılır

📅 15.04.2022 12:20

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişməsinə başlanılır
Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi həyata keçiriləcək.

MANERA.AZ xəbər verir ki, müsabiqəyə növbəti həftə ərzində start verilməsi planlaşdırılır.

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və əsas iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, hazırlanmış proqram təminatı vasitəsi ilə qarşılıqlı yerdəyişmə etmək istəyən şəxslərə tamamilə elektron şəkildə müraciət və yerdəyişmə etmək imkanı yaradılıb.


Baxış sayı - 913 | Yüklənmə tarixi: 15.04.2022 12:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930