manera.az
manera.az

Musiqili Teatr yeni mövsümə hazırlaşır

Musiqili Teatr yeni mövsümə hazırlaşır
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 115-ci mövsümündə də teatrsevərlərin görüşünə maraqlı səhnə əsərləri ilə gələcək. Sənət ocağı mövsümün açılışına 18 Sentyabr – Üzeyir Musiqi Günündə dahi bəstəkarın “O olmasın, bu olsun” tamaşası ilə başlayacaq.

Bu barədə MANERA.AZ-a teatrdan bildirilib.

Teatrın yaradıcı heyəti qarşıdakı mövsümü daha maraqlı və yaddaqalan etmək üçün hazırlıqlara başlayıb. Mövsümə başladıqdan sonra 4 gün ardıcıl davam edəcək ənənəvi “Üzeyir Hacıbəyli həftəsi” çərçivəsində dahi bəstəkarın “Leyli və Məcnun” (quruluşçu rejissor və libretto müəllifi Samir Qulamov), “Ər və arvad” (quruluşçu rejissor Yusif Əkbərov), “Arşın mal alan” (quruluşçu rejissor Elvin Mirzəyev, bərpaçı rejissor Əhəd Hacıyev) tamaşaları da nümayiş olunacaq.

Bundan başqa, sentyabrın 22-də quruluşçu rejissoru Cavid İmamverdiyev olan “Nəğməmə inan”, 28-də rejissor Yusif Əkbərovun quruluş verdiyi “Qızıl toy”, 29-da isə Cavid İmamverdiyevin hazırladığı “Bəxtiyar” tamaşaları teatrsevərlərə təqdim ediləcək.

Bildirilib ki, hazırda rejissorlardan Elməddin Dadaşovun quruluşunda “Bir qalanın sirri”, İlham Namiq Kamalın quruluş verdiyi “Əliqulu evlənir”, Ər Toğrulun hazırladığı “Palata” və Zaur Əliyevin tərtibatında “Killerdən teleqram” tamaşalarının məşqləri gedir, premyeralara hazırlıq işləri görülür.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30