manera.az
manera.az

Musiqili Teatr yeni premyeraya hazırlaşır

Musiqili Teatr yeni premyeraya hazırlaşır
Fevralın 4-ü Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun ad günüdür. Bu münasibətlə də Akademik Musiqili Teatrda (rus bölməsində) bəstəkarın “Nəğməmə inan” musiqili komediyası (libretto və mahnıların mətini Mixail Şerbaçenko, redaktəsi Cavid İmamverdiyevə məxsusdur) səhnələşdirilir.

MANERA.AZ xəbər verir ki, səhnə işinin quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysteri Nigar Şahmuradova, xormeysteri Vaqif Məstanov, dirijoru Səməd Süleymanlıdır.

Səhnə əsərində rolları Fərid Əliyev (Sərvər Səttarov), Nərgiz Kərimova (Tatyana Voloşina), Emil Heydərov (Şahmar Kərimov), Mehriban Zalıyeva (Vika Petroviç), Rauf Babayev (İqor Qudimov), Boris Qrafkin (Boris Qrafkin) oynayırlar. Tamaşada xor və balet artistləri də iştirak edirlər.

Fevralın 4-5-də premyerası nəzərdə tutulmuş tamaşada hadisələr iki yaradıcı insan arasında münasibətlərdən bəhs edir. Rejissor tamaşaçılar üçün maraqlı qalsın deyə hadisələri açmasa da, əsas ideya məhəbbət və fədakarlıqdır.

Qeyd edək ki, bu tamaşadakı mahnıların bir qismi indi də Polad Bülbüloğlunun repertuarındadır.

Musiqili Teatr yeni premyeraya hazırlaşırБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30