manera.az
manera.az

Musiqili Teatrın sentyabr repertuarı

📅 09.09.2018 14:13

Musiqili Teatrın sentyabr repertuarı
Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünə sentyabrın 20-də “O olmasın, bu olsun” tamaşası ilə start verəcək.

Musiqili Teatrın mətbuat katibi MANERA.AZ-a bildirib ki, tamaşa Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq. Bu ölməz əsərdə əsas rolları Xalq artisti Afaq Bəşirqızı və Əməkdar artist Şövqi Hüseynov canlandıracaq.

Bundan başqa, sənət ocağının səhnəsində sentyabrın 22-də “Arşın mal alan”, 23-də “Nuri-didə Ceyhun” tamaşaları nümayiş ediləcək.

Teatrın yaradıcı kollektivi sentyabrın 28-də “Ər və arvad”, 29-da “Mən dəyərəm min cavana”, 30-da isə “Bankir adaxlı” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Azərbaycan Dövlət Musiqili Teatrı günlərini yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərlər.


Baxış sayı - 1 177 | Yüklənmə tarixi: 09.09.2018 14:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031