manera.az
manera.az

Vikipediyada Türkcə “Azərbaycan milli mətbuatı” bölməsi istifadəyə verildi

📅 12.08.2024 12:20

Vikipediyada Türkcə “Azərbaycan milli mətbuatı” bölməsi istifadəyə verildi

Azərbaycanın Türkiyədəki səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi Türk dilində "Wikipedia" Beynəlxalq Elektron Ensiklopediyasında yeni bir bölmə təqdim edib.

Bu bölmə “Azərbaycan milli mətbuatı” adlanır və Azərbaycan mədəniyyətinin təbliği məqsədini güdür.

Yeni bölmə, 1875-ci ilin 22 iyulunda Həsən bəy Zərdabi tərəfindən nəşr olunan "Əkinçi" qəzeti ilə təməli qoyulan Azərbaycan milli mətbuatının tarixi, inkişafı və rolunu əhatə edir. "Əkinçi" qəzeti, Qafqazda əhəmiyyətli təsir yaradaraq, milli maariflənmə, şüur formalaşması və mədəni irsin qorunmasına mühüm töhfələr verib.

Bölmədə Azərbaycan milli mətbuatının tarixi dövrləri, XX əsrin əvvəlləri, Sovet dövrü, müstəqillik dövrü və müasir mətbuatın inkişafı haqqında ətraflı məlumat təqdim edilir. Xüsusilə, 1998-ci ildə Heydər Əliyev tərəfindən mətbuat senzurasının ləğvi və 2009-cu ildə İlham Əliyev tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstək Fondunun yaradılması vurğulanır.
Bu bölmə ilə tanış olmaq və Azərbaycan milli mətbuatının zəngin tarixini öyrənmək üçün aşağıdakı linkə baxa bilərsiniz:

Keçid


Baxış sayı - 335 | Yüklənmə tarixi: 12.08.2024 12:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031