manera.az
manera.az

Yuğ Teatrında yeni tamaşa təqdim edilib

Yuğ Teatrında yeni tamaşa təqdim edilib
Azərbaycan Dövlət Yuğ Teatrında rumın yazıçısı və dramaturqu Matey Vişnekin pyesi əsasında səhnələşdirilmiş P.A.N.D.A. tamaşasının premyerası olub.

MANERA.AZ xəbər verir ki, quruluşçu rejissor qismində teatrın baş rejissoru Mikayıl Mikayılov çıxış edib.

Tamaşanın premyerasına mədəniyyət və incəsənət xadimləri, teatr sevərlər və paytaxtın qonaqları toplaşıblar. Rolları Günəş Tegin və Oqtay Mehdiyev ifa ediblər.

İki nəfərlik tamaşada aktyor və aktrisa obrazları məharətlə oynayaraq xüsusi tamaşaçı diqqəti çəkməyi bacarıb.

Tamaşanın quruluşçu rəssamı Humay Həsənovadır.

Matey Vişnekin əsrarəngiz, romantik və eyni zamanda mistik pyesində hadisələr çətin qanunlar əsasında inkişaf edir və mətndə olduğu kimi, tamaşa da bir çox mənalarla doludur.

P.A.N.D.A. tamaşasının nümayişi teatrın yeni mövsümündə - 2024-cü ilin sentyabr ayından etibarən davam edəcək.

Yuğ Teatrında yeni tamaşa təqdim edilib
Yuğ Teatrında yeni tamaşa təqdim edilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
293031