manera.az
manera.az

“Xeyir xəbər” tamaşasının premyerası keçirilib

📅 28.06.2024 14:06

“Xeyir xəbər” tamaşasının premyerası keçirilib
Sumqayıt Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Xeyir xəbər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

Teatrdan MANERA.AZ-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Fuad Cavadzadə, rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.

44 günlük Vətən müharibəsinə həsr olunmuş səhnə əsəri müharibənin psixoloji tərəflərini göstərir. Tamaşada bir ailənin timsalında qələbəyə gələn yolun əziyyətləri, sarsıntıları təsvir olunub.

“Xeyir xəbər”də rolları Əməkdar artist Elmira Kərimova, aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı, Aynur Hümbətova, Elay Xasıyev, Siyavuş Mahmudov, Məryəm Hüseynli və Akif Mirzəyev canlandırıb.

“Xeyir xəbər” tamaşasının premyerası keçirilib


Baxış sayı - 430 | Yüklənmə tarixi: 28.06.2024 14:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930