manera.az
manera.az

Musiqili Teatrda yeni ilin ilk premyerası olacaq

📅 11.01.2024 10:58

Musiqili Teatrda yeni ilin ilk premyerası olacaq
Tezliklə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncer Çüçenoğlunun "Matroşka" pyesi əsasında "Qadınım" tamaşasının premyerası olacaq.

Bu barədə MANERA.AZ -a Musiqili Teatrın mətbuat xidmətindən məlumat verilib.

Musiqili melodram kimi hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.

Türk retro musiqilərinin canlı ifa olunduğu tamaşanın süjet xəttində sevgi və ehtiras dolu iki aşiqdən bəhs olunur.

"Qadınım"da teatrın gənc aktyorları Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet heyəti iştirak edirlər.

Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya aiddir, o həm də aktrisa kimi çıxış edəcək.

Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterı Məlahət Qasımova, musiqi tərtibatıçısı Əmrah Dadaşovdur, video görüntüləri isə Murad Həsənov hazırlayıb.

Qeyd edək ki, İradə Gözəlova Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan "Mənim günahım", “Kimdir müqəssir?", "999-cu gecə", “Anamın kitabı", "Lara Martin's Jazz Club" tamaşalarının da quruluşçu rejissorudur.



Baxış sayı - 357 | Yüklənmə tarixi: 11.01.2024 10:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031