manera.az
manera.az

Lənkəran Teatrına yeni direktor təyin edildi

📅 21.06.2024 17:38

Lənkəran Teatrına yeni direktor təyin edildi
Lənkəran Dövlət Dram Teatrına yeni direktor təyin edilib.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Ramil qızı Hüseynova bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Laləzar Hüseynova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrında 22 il işləyib. O, burada aktrisalıqdan baş rejissor vəzifəsinədək yüksəlib.

Daha sonra isə Qusar Dövlət Ləzgi Dram Teatrında baş rejissor, Salyan Dövlət Kukla Teatrınıda direktor vəzifələrində çalışıb.

Bir neçə dəfə Azərbaycan Respublikası Prezidentinin mükafatçısı olub.


Baxış sayı - 925 | Yüklənmə tarixi: 21.06.2024 17:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930