manera.az
manera.az

Səlim Babullaoğludan yeni kitab | MANERA.AZ

📅 08.01.2016 15:14

Səlim Babullaoğludan yeni kitab | MANERA.AZ

Manera.az xəbər verir ki,“Vektor” nəşriyyatında şair-tərcüməçi Səlim Babullaoğlunun “Ədəbi yuxular” adlı kitabı çapdan çıxıb.

"Ənənəyə görə Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatını almış şəxslərin kitabları “Vektor” nəşriyyatı tərəfindən dərc olunur. Belə qələm adamlarından biri də mənəm." - deyə Səlim Babullaoğlu bildirib.

Qeyd edək ki, kitabda müəllifin “Brodski niyə əsəbi idi?”, “Xaqani ilə Nizami yenə bir yerdəydilər...”, “Nazim Hikmət şeirindən vaz keçdimi?”, “Şimborska ilə şəkil çəkdirə bilmədik...”, “Pamuk mənə hansı kitabları və niyə verdi?”, "Borxes sual gözləmədən danışır, Brodski isə susurdu...” adlı yazıları toplanıb.

Kitabın redaktoru və “Ön söz” müəllifi Seyfəddin Hüseynlidir.


Baxış sayı - 1 976 | Yüklənmə tarixi: 08.01.2016 15:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930