manera.az
manera.az

Yuğ Teatrı yeni premyeraya hazırlaşır

📅 26.04.2024 15:05

Yuğ Teatrı yeni premyeraya hazırlaşır
Azərbaycan Dövlət Yuğ Teatrı türk dramaturq Toyqun Orbayın eyniadlı pyesi əsasında “21:15 qatarı” tamaşasını hazırlayır.

Teatrdan MANERA.AZ-a bildirilib ki, may ayında premyerası keçiriləcək səhnə əsərində Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, aktyorlar Vüqar Hacıyev, Elgün Həmidov və Zümrüd Qasımova iştirak edir.

Tamaşa ekzistensial oyun janrında nümayiş ediləcək.

Qeyd edək ki, “21:15 qatarı” tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor assistenti isə Günel Səfərovadır.


Baxış sayı - 330 | Yüklənmə tarixi: 26.04.2024 15:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930