manera.az
manera.az

“Mənəm, mən...” tamaşası onlayn göstəriləcək

📅 24.06.2020 06:45

“Mənəm, mən...” tamaşası onlayn göstəriləcək
Azərbaycan Dövlət "Yuğ” Teatrı görkəmli şair İmadəddin Nəsimiyə həsr olunmuş "Mənəm, mən...” adlı tamaşanı növbəti dəfə iyunun 25-də sosial şəbəkədəki hesabları vasitəsilə onlayn təqdim edəcək.

Manera.az xəbər verir ki, Azərbaycan Dövlət "Yuğ” Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan səhnə əsərinin janrı mistik-psixoloji dramı kimi təyin edilib.

Saat 19:00-da göstəriləcək səhnə əsərində Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış edəcək.

Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.


Baxış sayı - 834 | Yüklənmə tarixi: 24.06.2020 06:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031