manera.az
manera.az

Kukla Teatrı Lənkəranda

📅 18.03.2024 12:36

Kukla Teatrı Lənkəranda
Azərbaycan Dövlət Kukla Teatrı Lənkəran Dövlət Dram Teatrının səhnəsində “Məlikməmməd” tamaşası ilə çıxış edib.

MANERA.AZ xəbər verir ki, xalq nağılı əsasında yeni tərtibat və kukla texnikasında hazırlanan səhnə əsərində canlı planda oyun ilə kiçik ölçülü kuklaların vəhdəti göstərilib.

Birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.

Musiqi tərtibatlı tamaşada rolları Aygül Ağayeva, Elgün Həmidov, Elnur Xəlilov, İqbal Əliyev, Səbinə Məmmədova və digər aktyorlar ifa edib.

Qeyd edək ki, qəhrəmanlıq, cəsarət və dürüstlük aşılayan səhnə işi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Kukla Teatrı Lənkəranda
Kukla Teatrı Lənkəranda
Kukla Teatrı Lənkəranda


Baxış sayı - 441 | Yüklənmə tarixi: 18.03.2024 12:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930