manera.az
manera.az

Kukla Teatrında yeni tamaşa

📅 29.11.2018 10:40

Kukla Teatrında yeni tamaşa
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti tamaşanın məşqlərinə başlayıb.

Manera.az xəbər verir ki, “Piter Pen: Yoxlandiyaya səyahət” adlanan tamaşa məşhur İsveç nasir-dramaturqu, Nobel mükafatı laureatı Ceyms Barrinin “Piter Pen” pyesi əsasında hazırlanır.

Balacaların bədii və cizgi filmlərindən tanıyıb sevdiyi bu sehrli qəhrəman və dostlarının sərgüzəştlərinin səhnə həllini teatrın quruluşçu rejissor Anar Məmmədov edir.

Uşaqlara dürüstlük, humanizm, yardımsevərlik və cəsarət aşılayan tamaşanın əsas ideyası öz gücünə inam və qətiyyətdir.

Fərqli kukla texnikası və işıq həlli ilə tərtib olunan tamaşanın quruluşçu rəssamı Əfşan Əsədovadır. Uşaqları sirli nağıllar dünyasına səsləyən bu quruluşda hərəkətli dekorasiyalar da üstünlük təşkil edir.

Müxtəlif mexanizmlərlə işlənmiş kuklalardan hazırlanan birhissəli uşaq tamaşasında obrazları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova, Aygül Ağayeva, Elgün Həmidov, Samirə Nəcəfova, Araz Həsənli və Adil Dəmirov canlandırırlar.

Musiqi tərtibatı əsasında hazırlanan tamaşa dekabrın ortalarında tamaşaçıların ixtiyarına veriləcək.

MANERA.AZ


Baxış sayı - 1 146 | Yüklənmə tarixi: 29.11.2018 10:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031