manera.az
manera.az

Kukla Teatrından balacalara hədiyyə: “Maşa və Ayının qış nağılı”

📅 15.12.2018 15:27

Kukla Teatrından balacalara hədiyyə: “Maşa və Ayının qış nağılı”
Yeni ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında balaca tamaşaçılara “Maşa və Ayının qış nağılı” adlı tamaşa təqdim olunacaq.

Manera.az-ın məlumatına görə, tamaşa “Maşa və Ayı” cizgi filminin motivləri əsasında hazırlanıb.

Tamaşının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev olan musiqi tərtibatlı tamaşada əsas ideya dostlara qayğı, təbiətə sevgi, səmimiyyət və fədakarlıqdır. Tamaşada hadisələr yeni il günlərində, bayramın əsas atributları olan Şaxta Baba və Qar Qız ətrafında cərəyan edir. Tamaşaçılar bu dəfə durmadan dəcəllik edib ətrafındakıları bezdirən Maşanı tam fərqli ampluada görəcəklər.

Rəngarəng səhnə tərtibatı, işıq effektləri və müxtəlif kukla texnikalarının tətbiq olunduğu birhissəli tamaşada Şaxta Baba (Elxan İsmayılov) və Qar Qızdan (Səbinə Haqverdiyeva) başqa bütün personajlar kuklalar olacaq.

Səhnə işində obrazları Cəmilə Allahverdiyeva, Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova və Ramiz Qəmbərov ifa edəcəklər.

Dekabrın 26-dan yanvarın 6-dək hər gün 4 seans olmaqla (12:00, 14:00, 16:00, 18:00) nümayiş olunacaq tamaşanın biletlərinin qiyməti 3 manatdır. Biletlər dekabrın 20-dən etibarən satışa çıxarılacaq.

AzNews.az


Baxış sayı - 1 316 | Yüklənmə tarixi: 15.12.2018 15:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031