manera.az
manera.az

Füzulinin “Qəlb gövhəri” kitabı çap edilib - Özbək dilində | MANERA.AZ

📅 05.01.2016 16:52

Füzulinin “Qəlb gövhəri” kitabı çap edilib - Özbək dilində | MANERA.AZ

MANERA.AZ xəbər verir ki, Daşkənddəki “Hilol-naşr” nəşriyyatı böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Qəlb gövhəri” adlı kitabını özbək dilində nəşr edib.

Kitabda verilən əsərləri Azərbaycan və fars dillərindən özbək dilinə filologiya elmləri namizədi Erqaş Oçilov tərcümə edib. E. Oçilov kitaba “Türk xalqlarının müştərək şairi” adlı “Ön söz” yazıb. Bu yazıda böyük şairin həyatı, yaradıcılığı, dövrü haqqında ətraflı məlumat verilir, əsərləri təhlil edilir.

Nəfis tərtibatlı 431 səhifəlik nəşrdə şairin qəzəlləri, tərkibəndləri, müxəmməsləri, məsnəviləri, rübailəri, həmçinin “Fars divanı” yer alıb.


Baxış sayı - 1 834 | Yüklənmə tarixi: 05.01.2016 16:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930