manera.az
manera.az

Azərbaycan şairlərinin əsərləri finlandiyalı oxuculara təqdim olunub | MANERA.AZ

Azərbaycan şairlərinin əsərləri finlandiyalı oxuculara təqdim olunub | MANERA.AZ
manera.az
Finlandiyanın paytaxtı Helsinkidə keçirilən “Dünya ölkələrinin şeirləri” festivalında azərbaycanlı müəllif də iştirak edib. Festivalda Avropa Ədəbi Tərcüməçilər İttifaqının (SİETL) üzvü Tahirə Cəfərovanın təşəbbüsü və redaktorluğu ilə çapdan çıxan “Gövhəri-laməkan mənəm” adlı Azərbaycan poeziya antologiyası yerli oxuculara təqdim olunub.

Festivalda çıxış edən Tahirə Cəfərova kitab haqqında məlumat verərək bildirib ki, bu il Finlandiyada çap olunan Azərbaycan poeziya antologiyasının adı İmadəddin Nəsiminin “Məndə sığar iki cahan” qəzəlindən götürülüb. Antologiyada Xəqani Şirvanidən zəmanəmizə qədər Azərbaycan şairlərinin yaradıcılığı geniş əks olunub. Topluya daxil edilən poetik əsərləri fin şairləri Xannu Myakelya, Ömər Xəyyamın və Ceyms Coysun əsərlərinin tərcüməçisi kimi, tanınan Leyevu Lexto, Yukka Malnilen, Timo Malmi və Tahirə Cəfərova tərcümə ediblər.

Tahirə Cəfərovanın sözlərinə görə, tərcüməçilər poeziya nümunələrinin təkcə məzmununu deyil, şeirlərin vəznini, qafiyələri, digər özəl xüsusiyyətlərini də qoruyub saxlamağa çalışıblar.

Antologiyaya 27 şairin, o cümlədən Xaqani, Nizami, Nəsimi, Füzuli, Natəvan və Sabir kimi klassiklərlə yanaşı, repressiyanın qurbanları Hüseyn Cavid və Mikayıl Müşfiqin poetik nümunələri də daxil edilib. "Gövhəri-laməkan mənəm" antologiyasında XX əsr Azərbaycan şairləri Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Bəxtiyar Vahabzadə və Nigar Rəfibəylinin əsərləri də yer alıb.

Kitaba müasir Azərbaycan poeziyasının nümayəndələri Vaqif Səmədoğlu, Fikrət Qoca, Ramiz Rövşən, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Vahid Əziz, Məmməd İsmayıl, Çingiz Əlioğlu, Nəsib Nəbioğlu, Kamal Abdulla və Hamlet İsaxanlının da şeirləri daxil edilib.

Festivalda finlandiyalı şairlər Azərbaycan şairlərinin yaradıcılığından nümunələr səsləndiriblər.

Tədbirdə bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları - Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycanlı Qadınlar Cəmiyyəti və Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin təmsilçiləri də iştirak ediblər.

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031