manera.az
manera.az

Bakı Dövlət Sirki fəaliyyətini dayandırıb

📅 09.01.2024 19:52

Bakı Dövlət Sirki fəaliyyətini dayandırıb
Bakı Dövlət Sirki bir müddət fəaliyyət göstərməyəcək.

MANERA.AZ xəbər verir ki, bu günlərdə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri paytaxtın iritutumlu mədəniyyət müəssisələrindən olan Bakı Dövlət Sirkinə baxış keçirib. Binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər qeyd olunub.

Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə Bakı Dövlət Sirkinə müvafiq tapşırıqlar verilib. Yanvarın 7-dən sirkin fəaliyyəti müvəqqəti dayandırılıb. Binada işlər yekunlaşdırıldıqdan sonra sirk yenidən qapılarını tamaşaçılara açacaq.

Qeyd edək ki, Bakı Dövlət Sirki SSRİ dövründə tikilən unikal memarlığa malik bu binada 1967-ci ildən fəaliyyət göstərir.



Baxış sayı - 485 | Yüklənmə tarixi: 09.01.2024 19:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031