manera.az
manera.az

Sabahdan Bakı metrosu fəaliyyətini dayandırır - Qərar

Sabahdan Bakı metrosu fəaliyyətini dayandırır - Qərar
Sabahdan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Manera.az xəbər verir ki, bu məhdudiyyət xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılması qərarı çərcivəsində tədbiq ediləcək.

Bundan başqa xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda sabahdan ictimai nəqliyyat da fəaliyyət göstərməyəcək.

Məhdudiyyət karantin bitənə kimi həftəsonlarında - yəni aşağıdakı tarixlərdə davam edəcək.

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.


Xatırladaq ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 20-dək davam edəcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031