Tarixin Molla Nəsrəddini səhnədə - FOTOLAR | MANERA.AZ
![]()
Molla Nəsrəddin lətifələrinin motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Xaqani Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, xoreoqrafı Ramiq Nəsirov, rejissor assistenti Samirə Hacıyevadır.
Bir hissəli məzhəkə janrında hazırlanan səhnə əsərində Əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Əhliman Ərşadlı, Ceyhun Əliyev, Ruhiyyə Paşayeva, Rövşən Cəfərov, Şəbnəm Cəbrayılova, Emin Sevdiməliyev. Tural Tahir və başqaları rol alıblar.
Sevdiyi qızı yuxusunda görüb xoş anlar yaşayan Nəsrəddini Əzrail yuxudan oyadıb” vaxtının tamam olduğunu” ona söyləyir və özü ilə o biri dünyaya aparmaq üçün gəldiyini bildirir. Çox cavan olduğunu, hələ evlənmədiyini bildirən Nəsrəddinin yalvarışlarından yumşalan Əzrail, ona evlənmək üçün üç gün vaxt verir. Dərdini kənd lotularına danışıb onlardan kömək istəyən Nəsrəddin, toy gününün səhəri oyanıb yatağında sevdiyi qızı yox, kənddə hamının tanıdığı eybəcər və qoca arvadı görəndə lotular tərəfindən aldadıldığını başa düşür. Maraqlı hadisələr də bundan sonra başlayır.Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Turan Etibaroğlu
Manera.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.