Molla Nəsrəddin premyera tamaşası olacaq
![]()
Manera.az xəbər verir ki, qoca Şərqin ən varlı və ən kasıb adamı, Türk dünyasının şərikli folklor qəhrəmanı, güldürən və düşündürən Molla Nəsrəddin səhnəmizə qayıdır.
Duzlu, məzəli, hikmətli, düşündürən lətifələri,
İLK DƏFƏ müasir teatr yozumunda,
İLK DƏFƏ müasir aktyor oyunu üslubunda,
İLK DƏFƏ 25-30 yaşlarında,
İLK DƏFƏ gənc aktyor Elçin HACIYEV in ifasında,
İLK DƏFƏ Xaqani ƏLİYEV in Molla Nəsrəddin lətifələrinin motivləri əsasında düzüb qoşduğu və quruluş verdiyi “NƏSRƏDDİN EVLƏNİR...? ” tamaşası Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında. Tamaşada digər rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Rövşən Cəfərov, Ruhiyyə Paşayeva, Ceyhun Əliyev və başqaları oynayacaqlar.
Əsərdə- Molla Nəsrəddinin kənd Lotularının aldadaraq ona ərə verdikləri eybəcər və qoca arvadı cavan bir gözələ necə dəyişdiyini, ölüm yatağında başının üstünü kəsmiş Əzrayılı necə aldadaraq ölməzlik qazandığını, qazanın doğaraq öldüyünü necə inamla danışdığını, Avroviziya ulduzu Konçitaya necə sataşdığını, İSİD-ə necə lağ etdiyini və daha maraqlı səhnələrə baxıb gülə-gülə düşünmək istəyirsinizsə, 6 iyun 2015-ci il tarixində saat 19-00 da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına gəlin.
Giriş azaddır!
Manera.az