manera.az
manera.az

Yeni ildə 7 gün iş olmayacaq

📅 09.12.2023 07:40

Yeni ildə 7 gün iş olmayacaq
Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib.

MANERA.AZ xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 30 dekabr, 31 dekabr və 2024-cü il 7 yanvar istirahət günləri ilə müvafiq olaraq 2024-cü il 3 yanvar, 4 yanvar və 5 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 2024-cü ildə 6 yanvar şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə 7 gün - 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 56 yanvar 2024-cü il qeyri-iş günü olacaq.


Baxış sayı - 317 | Yüklənmə tarixi: 09.12.2023 07:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031