manera.az
manera.az

Son dərs həftəsi - Yeni il tətili başlayır

📅 26.12.2022 08:19

Son dərs həftəsi - Yeni il tətili başlayır
Dekabrın 31-dən etibarən Azərbaycanda bayram tətili başlayır.

MANERA.AZ xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə ardıcıl 5 gün iş olmayacaq.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

Azərbaycanda bayram günləri və tətil Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

Müvafiq olaraq, 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən qanunvericiliyə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

Bu hesabla,Yeni il bayramında ardıcıl 5 gün qeyri-iş günü olacaq.


Baxış sayı - 388 | Yüklənmə tarixi: 26.12.2022 08:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031