manera.az
manera.az

Mayda 4 gün iş olmayacaq

📅 05.04.2021 15:08

Mayda 4 gün iş olmayacaq
May ayında qeyri-iş günlərinin sayı məlum olub.

Manera.az-ın məlumatına görə, bu il 9 May - Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür.

Eyni zamanda 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.

Beləliklə, may ayında bayramlarla əlaqədar 4 gün iş olmayacaq


Baxış sayı - 668 | Yüklənmə tarixi: 05.04.2021 15:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031