manera.az
manera.az

Gəncə Filarmoniyasına direktor təyinatı olub

Gəncə Filarmoniyasına direktor təyinatı olub
Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub.

MANER.AZ xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Əməkdar artist, opera müğənnisi, dirijor Ramil Adıgözəl oğlu Qasımov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olunub.

Ramil Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bakalavr, Gürcüstan Musiqi Akademiyasında vokal ixtisası üzrə magistr təhsili alıb. O, həmçinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasından siyasi idarəetmə ixtisası üzrə məzun olub.

Peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında aparıcı solisti kimi başlayıb. 2004-cü ildən Azərbaycan Teleradiosunun C.Cahangirov adına Xor kollektivində solist olaraq fəaliyyət göstərib.

R.Qasımov 2015-ci ildən Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru olub. 2020–2022-ci illərdə isə Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829