manera.az
manera.az

Bu Vətən sərhədi sənə əmanət! - ŞEİR

📅 11.11.2023 22:03

Bu Vətən sərhədi sənə əmanət! - ŞEİR
***
Meşələr sənindir,
Dağlar sənindir,
Bu vətən sərhədi
Sənə əmanət!

Dənizlər sənindir,
Çaylar sənindir,
Sərhəd dirəkləri
Sənə əmanət!

Deyirlər,
Sərhəddən
Başlayır vətən!
Sən elə vətənin
Özüsən qardaş.
Gecə də gündüz də
Oyaqsan oyaq,
Sərhədçi andına
Sadiqsən qardaş!

Tikanlı məftillər,
Sərhəd zolağı,
Ləpəli sahillər,
Vətən torpağı,
Keşikçi qülləsi
Sənə doğmadır!

Sərhədçi anası,
Başını dik tut!
Oğluna əmanət,
Vətən sərhədi!
Şərəfli, şöhrətli
Vəzifəsi var.
Qürurdur, şərəfdir
Onun xidməti!

Sərhədçi qardaşım,
Başını dik tut!
Qələbə sənindir,
Zəfər sənindir!
Bu vətən sərhədi,
Sənə əmanət!
Bu torpaq sənindir,
Vətən sənindir!

Hüseyn Bağırov


Baxış sayı - 975 | Yüklənmə tarixi: 11.11.2023 22:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031