manera.az
manera.az

Sərhəd məftilindən başlamır Vətən!.. MANERA.AZ

Sərhəd məftilindən başlamır Vətən!..  MANERA.AZ
manera.az
Bu gün – 18 avqust Azərbaycan Respublikasında Sərhəd Qoşunları Günüdür! Azərbaycanda milli sərhəd xidmətinin yaranma tarixi 1918-ci ilə gedib çıxır. Həmin il iyunun 22-də Azərbaycanda ilk dəfə olaraq Poylu sərhəd postu yaradılmış, digər istiqamətlərdə də oxşar məntəqələrin yaradılması işinə başlanılıb. 1919-cu il avqustun 18-də Azərbaycan Demokatik Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul etdikdən sonra əlavə olaraq 99 post yaradılaraq Azərbaycan sərhədlərinin mühafizəsi təşkil edilmişdir.

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra 1919-cu ilin 18 oktyabrında milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Əlavə olaraq 99 post da yaradılaraq sərhədlərin mühafizəsi təşkil edilib. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.

Müstəqillik əldə ediləndən sonra Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub. Dövlət Sərhəd Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Əsasnaməni və Dövlət Sərhəd Xidmətinin normativ hüquqi aktlarını rəhbər tutur.

Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki hərbi hissələr və digər orqanları vasitəsi ilə həyata keçirir. Dövlət Sərhəd Xidmətinin strukturuna baş idarələr, idarələr, şöbələr və digər qurumlar daxildir. Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatı, sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri, sərhəd nəzarəti dəstələri, hərbi hissələr, habelə digər struktur bölmələr Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir.

Dövlət Sərhəd Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına riayət, qanunçuluq, humanistlik və Silahlı Qüvvələr quruculuğunun təşkilat prinsipləri əsasında qurur.

Dövlətimizin dörd bir tərəfini göz bəbəyi kimi qoruyan sərhədçilərimizi Allah qorusun! Bayramın mübarək, şanlı və şöhrətli ordumuzun sərhədçisi!

"MƏTİN SƏRHƏDÇİ"

Yurdun üstü qoruq, altıysa mədən...
Ucadır hörməti hər ehtiramdan...
Sərhəd məftilindən başlamır Vətən!
Başlanır sərhədsiz arzudan, kamdan!

Uzanır sərhədi Azərbaycanın,
Bura qona bilməz quş quşluğuyla!
Başlanır torpağı dağın, aranın,
Bu yerdə mətindir daş daşlığıyla!

Qəlbində min körpə dilək bəsləyib,
Ən bədxah niyyətlər daşa tutulub.
Həmişə Vətənin müqəddəsliyi,
Namusla, qeyrətlə qoşa tutulub!

Tapşırıq veribdir Ali Komandan,
Sərhəddə ayıqdır hər zabit, əsgər!
Ana yuxuları qarışan zaman,
Birinci ağrını sərhədçi çəkər!

Odur sinəsini çəpər eyləyən,
Vətəni dolanan ayaq izidir.
Qabaqda özünü sipər eyləyən,
Mətin Azərbaycan sərhədçisidir!

XANIM AYDIN
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728