manera.az
manera.az

Xankəndi şəhərində Zəfər Günü qeyd ediləcək

📅 30.10.2023 07:29

Xankəndi şəhərində Zəfər Günü qeyd ediləcək
Noyabrın 8-də Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini - Zəfər Gününü qeyd edəcək.

MANERA.AZ xəbər verir ki, Zəfər Günü bu dəfə Xankəndi şəhərində keçiriləcək.

Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birliklərinin paradı Xankəndi şəhərində olacaq. Paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirakçı olmuş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.

Hərbi paraddan sonra Zəfər günü işğaldan azadlığının üçüncü ilini qeyd edəcək Şuşada davam etməsi gözlənilir. /musavat.com/


Baxış sayı - 621 | Yüklənmə tarixi: 30.10.2023 07:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930