manera.az
manera.az

Bakıda Qələbə paradı keçiriləcək

📅 02.12.2020 07:43

Bakıda Qələbə paradı keçiriləcək
Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə dekabr ayının 10-da Bakı şəhərinin Azadlıq meydanında Qələbə paradı keçiriləcək.

Manera.az xəbər verir ki, bu barədə ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov modern.az-a danışıb.

Döyüş əməliyyatları zamanı fərqlənən hərbi qulluqçuların da bir qismi paradda keçid edəcəklər.

Paradda həmçinin Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında olan bir sıra silah və texnika, pilotsuz uçuş aparatlarının nümunələri və aviasiya vasitələri nümayiş olunacaq.

Eləcə də düşməndən qənimət olaraq götürülən hərbi texnikaların bir qismi nümayiş etdiriləcəkdir.

Hal hazırda hərbi paradın hazırlıq məşqləri davam edir.


Baxış sayı - 630 | Yüklənmə tarixi: 02.12.2020 07:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031