Gəncədə “Yaradıcılıq günü”

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət Mərkəzinin təşəbbüsü və AYB Gəncə bölməsinin təşkilatçılığı ilə Zəfər bayramına həsr olunmuş “Yaradıcılıq günü” mövzusunda tədbir keçirilib.
Manera.az xəbər verir ki, tədbiri AYB Gəncə Bölməsinin sədri, Əməkdar Mədəniyyət işçisi, şair-dramaturq Xəzangül açıb. Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Natiq qeyd etdi ki, Vətən müharibəsi dövlətlə xalq arasındakı müştərək birliyini göstərdi və bu güc-qüdrətlə bütün dünyanı heyrətdə qoydu.
Dünya Azərbaycan Ordusunun, Ali Baş Komandanının, Azərbaycan Xalqının yenilməzliyini bir nümunə kimi mətbuat aləmində dönə-dönə təsdiqlədi. O, çıxışının sonunda Qələbəyə həsr olunmuş şeirini oxuyub.
Yazıçı və şairlərdən Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, Aləmzər Əlizadə, İnqilab İsaq, Bəxtiyar Muradov, Zahir Şirani, Ramiz Təmkin, İmam Cəmilli, Zülfiyyə Yaqub, İmamverdi Vəliyev, Eltun Türkel, Mələk İsmayıl, Almaz Yusifqızı, Eldar İsayev, Muşfiq Məhərrəmov Zəfər bayramına həsr olunmuş şerirlərini oxudular, ürək sözlərini söyləyiblər.
Tədbirdə iştirak edən Mir Cəlal Paşayev muzeyinin direktoru İradə Paşayeva 8 Noyabr Zəfər günü münasibəti ilə təbrikini çatdırıb.
Tədbirin sonunda yazıçı və şairlər xatirə şəkli çəkdiriblər.