manera.az
manera.az

Musiqi Forumu keçiriləcək - Ölkəmizdə ilk dəfə

📅 24.10.2023 13:01

Musiqi Forumu keçiriləcək - Ölkəmizdə ilk dəfə
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Musiqi Forumu keçiriləcək.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində oktyabrın 29-dan 31-dək gerçəkləşəcək forum Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunacaq.

MANERA.AZ xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, oktyabrın 29-da “Gülüstan” sarayında tanınmış musiqişünas alimlərin, bəstəkar, dirijor və ifaçıların iştirak edəcəyi forumun açılış mərasimi keçiriləcək.

Mədəniyyət ictimaiyyətinin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda musiqi yaradıcılığı, musiqidə ənənə və onun ötürülməsi, musiqinin istehlakı və təbliği, bu sahənin tədqiqi, xoreoqrafiya və s. mövzular üzrə panellər təşkil olunacaq.

Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.

Musiqi Forumunda iştirak etmək istəyən şəxslər oktyabrın 26-dək onlayn müraciət forması vasitəsilə (https://culture.az/musiqiforumu) qeydiyyatdan keçə bilərlər.


Baxış sayı - 434 | Yüklənmə tarixi: 24.10.2023 13:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031