manera.az
manera.az

Bakıda ilk Teatr Forumu keçirilir - FOTO

📅 11.04.2023 11:15

Bakıda ilk Teatr Forumu keçirilir - FOTO
Aprelin 11-də Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda ilk Teatr Forumu başlayıb.

MANERA.AZ xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Forumda Prezidentin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, tanınmış teatr xadimləri, incəsənət nümayəndələri və xarici qonaqlar iştirak edirlər.

İki gün davam edəcək forum çərçivəsində Azərbaycan teatrında ənənə və trendlər, milli teatrda müasir rejissor və aktyor sənəti, yenilənmə prosesində sistemli yanaşma və s. mövzular müzakirə olunacaq.

Bakıda ilk Teatr Forumu keçirilir - FOTO


Baxış sayı - 478 | Yüklənmə tarixi: 11.04.2023 11:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930