manera.az
manera.az

Kino forumu keçiriləcək

📅 23.03.2023 17:58

Kino forumu keçiriləcək
20-21 aprel 2023-cü il tarixlərində “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş kino forumu keçiriləcək.

MANERA.AZ xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

Forum Heydər Əliyev Mərkəzində baş tutacaq. Forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür.

Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək.

Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək.

Forum Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində baş tutacaq.


Baxış sayı - 616 | Yüklənmə tarixi: 23.03.2023 17:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031